Mən düzünə qədəm
basdım,
Yaşa səni, yaşa
yaylaq!
Yolların nəfəsin
kəsdim,
Yaşa səni, yaşa
yaylaq!
Arzu edirdim
uşaq kən,
Oynayardım dağlarında.
Qismət oldu
görüm səni,
Ömrümün son çağlarında.
Səndən köçən ağır
elə,
Başım üstə tac
demişəm.
Qaşqayı tək elim
vardır,
Deyiləm möhtac,
demişəm.
Düzgünəm mən, saf
eşqim var,
Çeşmələrin sayaq
axar.
Səhəndin uca
başından,
Həsrətlə «Dena»ya
baxar.
|