Hüseyin Düzgün şiirleri - Nəşidə
|
|
بؤلوم : Hüseyin Düzgün şiirleri
|
Zəngan, Əbhər, ey xilqətin,
Sevinc dolu nəşidəsi!
Ellərimin məhrum qalan,
Nisgil saçan cəridəsi!
Kim deyir tarixin yoxdur?
Zirvəsisən tarixlərin.
Yeddi min il məkan olmuş,
Bayatlara hər bir yerin.
Hekmət qanı cari edən,
Ürəyisən, sən İranın.
Şamatı, Misri seyr edən,
Gözüsən Azərbaycanın.
neşidə: moqəddəs surudların şah
beyti
şe´rin ən güzəl mesrai
آرديني اوخو
|
|
|
|
Hüseyin Düzgün şiirleri - Düzlər
|
|
بؤلوم : Hüseyin Düzgün şiirleri
|
Min dil ilə keçmişlərdən,
Ey verən min xəbər, düzlər!
Mənə deyin dünya boyu,
Nələr gördüz, nələr düzlər?
Day ürəyim olub şan-şan,
Dünya dönüb, sanki zindan.
Doymuşam mən yaşayışdan,
Həyatda yox səmər düzlər.
Zalim qalır düz taxtında,
Xalqın açmır gül baxtında,
Həyatın ən xoş vaxtında,
Burda ölür hünər düzlər.
Qucağızı açın yara,
Gələn vardır baxtı qara.
E′tibar yox dünyalara,
Ömürdə yox bəhər düzlər.
آرديني اوخو
|
|
|
|
Hüseyin Düzgün şiirleri - Arx
|
|
بؤلوم : Hüseyin Düzgün şiirleri
|
Dağ döşündən açılan arx,
Ta haracan gedəcəksən?
Bilirsənmi nə vaxt, necə,
Harada sən itəcəksən?
Heç xəbərin varmı sondan?
Aşnasanmı gələcəklə?
Yara-yara yosma yeri,
Uğranırsan hara belə?
Bilirsənmi çixacaqdır,
Qabağına yol kəsənlər?
Şuş qayalar boylanacaq?
Zor edəcək sənə nələr?
Belə yeniş yenməkdə, sən,
Məqsədivi tanırsanmı?
Axışları oya-oya,
Bağırırsan dəli-dəli!
آرديني اوخو
|
|
|
|
Hüseyin Düzgün şiirleri - Ana Vətən, Ana Vətən
|
|
بؤلوم : Hüseyin Düzgün şiirleri
|
Qəhramanlar diriləcək, Önündə yad əyiləcək, Oğulların seviləcək, Şən gələcək, tez gələcək, Ana vətən, ana vətən! Ətirlidir qoynun sənin, Güllənəcək dərələrin! Gedəcəkdir dərdin-qəmin, Diləklərim açar çiçək, Ana vətən, ana vətən! |
آرديني اوخو
|
|
|
|
Hüseyin Düzgün şiirleri - Sarı bülbül
|
|
بؤلوم : Hüseyin Düzgün şiirleri
|
Qəmlər səni cana gətdi,
Rəngin oldu sarı bülbül,
Qəlbin zalım qış avladı,
Gəl ağlama barı bülbül.
Köksündə odlandı ürək,
Gülünc olur burda istək.
Hanı keçmiş zamanlar tək –
Baxçaların bari bülbül.
Niyə seçdin sən zülməti,
Qəbul eylədin zilləti?
Bilmirdin bu həqiqəti,
Qışın olmaz ari bülbül?
Qara bulud yan gedəcək,
Qəhramanlar qan edəcək.
Gün dağdan qalxıb gələcək.
Əridəcək qarı bülbül.
Aşıq tərpədəcək sazı,
Qaldıracaq xoş avazi.
Görəcəksən yayı yazı,
Öyəcəksən yarı bülbül.
Bilirəm axir yaz gələr,
Günəş yerə nur sərpələr.
Yenə güllər işvə eylər,
Eyləmə çox zarı bülbül.
Girrik qızıl gül bağına,
Bənövşələr oylağına.
Yetər yarın qulağına,
Sən sızıldat tarı bülbül.
Düzgün deyir dönəcək il,
Yanağından qan–yaşı sil.
Sazı götür aç gilən dil,
Oxu oxu sarı bülbül.
:: برچسبها: Prof, Dr, Hüseyin
Düzgündən bir neçə şer, Hüseyin
Düzgün, Huseyin Duzgun, Husein duzgun, Hüseyin Düzgün
şiirler, Hüsein Düzgünün
Şiirleri, Şiirler, Gəraylılar
آرديني اوخو
|
|
|
|
Hüseyin Düzgün şiirleri - Bilur lalə
|
|
بؤلوم : Hüseyin Düzgün şiirleri
|
Əski bilur laləsini,
Hər gün səhər-səhər silər.
Tozun alar, parıldadar,
Durub bir anlıq seyr edər.
Tikər yorğun gözlərini,
Sanki dalar keçmişlərə.
Ağ birçəkli qadın anam,
Heç baxışın sərməz yerə.
Başı uca, gözü diri,
Laləsinə baxar, baxar.
Baxışının vüs′ətinə,
Yoldan gələr güllü bahar.
Gözlərinin şoasında.
Dözümlərdən nişanə var.
Doğruluqdan, düzgünlükdən,
Sədaqətdən təranə var.
Azərbaycan ellərinin,
Anasıdır mənim anam.
Qəlbdən qopan şe´rlərimin,
Aynasıdır mənim anam.
Qəlbində zərrəcə toz yox,
Təmiz bilur laləsi tək.
Safdır, təmizdir, arıdır,
Köksündə alışan ürək.
آرديني اوخو
|
|
|
|
Hüseyin Düzgün şiirleri - Axar Olsun
|
|
بؤلوم : Hüseyin Düzgün şiirleri
|
Sultaniyə! Əbhər dağın,
Köksünə gül taxar olsun.
Yenə alaçıq qurulsun,
Şah Bulağın axar olsun.
Korluq çəkməsin ellərin,
Dağlardan daşsın sellərin.
Ağ bəniz sarı tellərin,
Bayğın-bayğın baxar olsun.
Allah qorusun Zənganı,
Sənə baxş etsin elxanı.
Cəvanların qeyrət kanı,
İldırım tək şaxar olsun.
Qəlbimi burda quyladım,
Qamətinə boy boyladım.
Gözəllərini hoyladım,
Dönüb canım yaxar olsun.
آرديني اوخو
|
|
|
|
Hüseyin Düzgün şiirleri - Sənə Gəldim
|
|
بؤلوم : Hüseyin Düzgün şiirleri
|
Elm-ü-hünər mədinəsi,
Sultaniyə, sənə gəldim.
Tarixin odlu sinəsi,
Sultaniyə, sənə gəldim.
Yerin beşinci cənnəti,
Elin ən uca himməti.
Dinin mücəssəm qeyrəti,
Sultaniyə sənə gəldim.
Şamdan gəlirdi
xəracın,
Misirdən, Çindən də bacın.
Yoxmuş acın, yalavacın,
Sultaniyə, sənə gəldim.
Mən düzgünəm, oğlun sənin,
Qurbət çəkəni vətənin.
Ürəyimə aldım qəmin,
Sultaniyə, sənə gəldim.
آرديني اوخو
|
|
|
|
|
من سيد احسان، «حسين دوزگون»ون شعرلري و ادبياتي يازيلاري و اونون باره سينده اولان شعرلري و ادبي يازيلاري بو وبلاقدا سيزه سوناجاغام. اوميد ائديريم لذت آپاراسيز. يوخاريداكي عكس، شاعر حسين دوزگونون ان يئني عكسيدير (1391).
|
|
سایغاج |
ایندی بلاق دا :
بو گونون گؤروشو :
دونه نین گؤروشو :
بو آیین گؤروشو :
بوتون گؤروش لر :
یازی لار :
باخیش لار :
یئنیله مه چاغی :
|
|