Yolları yorub gəlmişəm
Gəzə-gəzə, sinlə
dağlar
Gül çiçəklər gətirmişəm
Ətəyinə çinlə,
dağlar
Uzaqlarda tozum
qaldı
Dövran məni zülmə
saldı
Yarımı əlimdən
aldı
Yağı gəldi kinlə
dağlar
El mənim dərdimi
bildi
Gözlərimdən yaşı
sildi
Sovlətim inkar edildi
Sən də ağla, inlə,
dağlar
Yad gözündə
sözüm oxdur
Qəmim var,
sevincim yoxdur
Düzgünün nisgili
çoxdur
Al köksünə dinlə,
dağlar
|