Sultaniyə! Əbhər
dağın
Köksünə gül
taxar olsun
Yenə alaçıq
qurulsun
Şah Bulağın axar
olsun
Korluq çəkməsin
ellərin
Dağlardan daşsın
sellərin
Ağ bəniz sarı
tellərin
Bayğın-bayğın
baxar olsun
Allah qorusun Zənganı
Sənə baxş etsin
elxanı
Cəvanların qeyrət
kanı
İldırım tək
şaxar olsun
Qəlbimi burda quyladım
Qamətinə boy
boyladım
Gözəllərini
hoyladım
Dönüb canım
yaxar olsun
|