Ərdəbil şəhri fəzilətdi
şərəf
Gəlmə ey xəsm təmiz
yurda tərəf
Vətənimdir, böyük
İranımdır
Heç zaman düşmən
önündən qaçmaz
Ellərin xəsminə qoynun
açmaz
Bir sədâqətli nigəhbanımdır
Vətəni düşmənə
satmaz sən tək
Oradan qalxdı şərəfli
Bâbək
Milli əhdim, ulu
peymânımdır
Girmə, kirlətdi
vücudun suyunu
Dərdə dərman
yaradıb xaliq onu
O təbibimdir, o
Lüqmanımdır
İzzətim, tarixim,
arımdı mənim
İftixarımdı, mədarımdı
mənim
Bab-i Ali, ulu eyvanımdır
Xalçasın, çini
xanasın çaldın
Sər-bə-sər mülkümü
yıxdın, aldın
Varis olma, o mənim
kanımdır
Utan! Ayat-i
müxalif oxuma
Ərdəbildən ki çəkilməz
movla
Məzhəbim, ayey-i
Qur´anımdır
Dünya çeynənsə də,
ol çeynənməz
Kimsə də varlığın
inkar edəməz
Ərdəbil bir ulu
burhanımdır
Sən ona xor baxasan
da, nə qəmim
Mə´bədi içrə
yatıbdır elmim
O mənim dəhrdə
imkanımdır
Ərdəbil məhfil-i
irfanımdır