Bahar dır, seyrə
çıx, gülzârə gəl, yatma qara yerdə
Bu dağlarda
salıblar şaqqaşaq sellər, Həbib Sâhir
Aşıq bağrına basmış
sâzını səndən oxur bir şe´r
Yanıqlı qəlbi üzrə
sızlayır tellər, Həbib Sâhir
Nə qədri zalimin
tanki-tüfəngi bərqərar olsa
Sən öyrətdin bizə
kim susmasın dillər, Həbib Sâhir
Zəmânın çərxi
dönsün, ruzigârın dövri çevrilsin
Səni yalquz-ü tənha
qoydu bu illər, Həbib Sâhir
Öpür Düzgün əlindən,
yoxdu küfran ne´mətə bizdə
Səni yâd eyləyir hər
dəm bizim ellər, Həbib Sâhir
|